logo
logo logo
logo

Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi 

09:40 - 07 Sentyabr 2026

Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi 

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının ABŞ ərazisi kimi göstərildiyi görüntü paylaşıb.


Manset.az xəbər verir ki, Tramp bu paylaşımı sentyabrın 6-da özünün “Truth Social” sosial şəbəkəsində edib.

Paylaşdığı görüntüdə regionun xəritəsinin bir hissəsi əks olunub və Hörmüz boğazı dairəyə alınıb.

Şəklin üzərində isə “ABŞ-ın yeni ərazisi” (“NEW U.S. Territory”) yazılıb.

Qeyd edək ki, Tramp daha əvvəl də Hörmüz boğazını ABŞ ərazisi elan etməyin mümkünlüyü barədə danışıb. Lakin sosial şəbəkədə xəritənin paylaşılması boğazın hüquqi statusunu dəyişmir


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az