ABŞ-nin Florida ştatında “Boeing 767” tipli yük təyyarəsi Mayami Beynəlxalq Hava Limanına enərkən uçuş-enmə zolağından çıxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub.
Məlumata görə, yük təyyarəsinin Mayami Beynəlxalq Hava Limanına eniş zamanı uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.
Mayami-Deyd dairəsinin şerifi Rozi Kordero-Ştuts bildirib ki, yerli vaxtla dünən saat 13:58-də şirkətlərdən birinə məxsus yük təyyarəsi Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanına eniş edərkən uçuş-enmə zolağından çıxıb və qəza törədib.
Kordero-Ştutsun sözlərinə görə, qəza nəticəsində 5 nəfər həlak olub, yaralanan 5 nəfər isə xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.