Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın Rusiyaya münasibətini qiymətləndirib. Lavrov Almaniyanın qəbul etdiyi qərarları “əsl müharibənin başlanğıcı” adlandıraraq, “Onlar (almanlar) yenidən müharibə istəyirlər”, - deyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Dövlət Televiziya və Radio Şirkətinə (VGTRK) müsahibə verən Lavrov Almaniyanın Rusiyaya qarşı mövqeyini dəyərləndirib.
Almaniyanın Leypsiq-Halle hava limanında pilotsuz uçuş aparatının (PUA) aşkar edilməsini əsas gətirərək ötən həftə Rusiya ilə bağlı bir sıra qərarlar qəbul etdiyini xatırladan Lavrov həmin qərarlar arasında Rusiyanın Bonndakı Baş Konsulluğunun və Berlindəki Rusiya Evinin bağlanmasının da olduğunu bildirib.
Lavrov deyib:
“Onlar (almanlar) bir PUA aşkarladılar və onun Rusiyaya məxsus olduğunu bildirdilər. Heç kim məsələnin əsl mahiyyətini araşdırmadı. Bu, əslində, həqiqi müharibənin başlanğıcıdır. Xatırlayıram ki, almanlar İkinci Dünya müharibəsindən əvvəl də diplomatik nümayəndəliklərini bağlamışdılar. Bu, tamamilə qəbuledilməzdir. Onlar yenidən müharibə istəyirlər”.
Nazir Lavrov Almaniyanın öz tarixindən dərs çıxarmadığını vurğulayıb.