logo
logo logo
logo

"Müharibə qış aylarında da davam edə bilər" - Zelenski

12:12 - 07 Sentyabr 2026

\"Müharibə qış aylarında da davam edə bilər\" - Zelenski

Zelenski Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı danışıqlar aparmaq üçün Kiyevə gələn ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə birgə mətbuat konfransı keçirib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski hazırkı vəziyyətin müharibənin qış başlamazdan əvvəl başa çatacağına dair gözlənti yaratmaq üçün kifayət etmədiyini bildirib. O, müharibənin böyük ehtimalla qış aylarında da davam edəcəyini deyib.

Ukrayna lideri ABŞ və Avropa ölkələri ilə yaxın vaxtlarda yeni görüş keçirmək barədə razılığa gəldiklərini bildirib. Görüşün Avropada, ABŞ-da, yaxud yenidən Ukraynada keçiriləcəyinin hələ müəyyənləşdirilmədiyini qeyd edib.

Zelenski Uitkoff və Kuşnerin Rusiyanın Prezidenti Vladimir Putinlə Moskvada keçirdikləri görüşdən və bu gün Kiyevdə apardıqları danışıqlardan sonra müzakirə prosesinin faktiki olaraq yenidən başladığını deyib. Onun sözlərinə görə, həllini gözləyən əsas məsələ ərazi məsələsidir və bu kimi məsələlər yalnız dövlət başçıları səviyyəsində həll edilə bilər.

Prezident müharibədən sonrakı dövrdə Ukraynanın təhlükəsizliyi və iqtisadi təminatları ilə bağlı məsələlərin də müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, təhlükəsizliyin əsasını güclü Ukrayna ordusu təşkil etməli, veriləcək təminatlar isə Rusiyanın yeni hücum ehtimalını aradan qaldırmalıdır.

Zelenski Uitkoff və Kuşnerin səfəri zamanı Rusiyanın hücumlarının azaldığını xatırladaraq, “Siz hətta “Patriot”dan daha yaxşı işlədiniz. Daha tez-tez gəlin ki, xalqımız heç olmasa bir qədər normal yaşaya bilsin”, - deyib.

O, hazırkı vəziyyətin müharibənin qış başlamazdan əvvəl başa çatacağına dair nikbinlik yaratmadığını bildirərək, müharibənin böyük ehtimalla qış aylarında da davam edəcəyini vurğulayıb.

ABŞ-ın gələn il “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket istehsalını artıracağını bildirən Zelenski Ukraynanın əlavə sistemlər əldə edəcəyinə ümid etdiyini söyləyib. Almaniyanın da ABŞ lisenziyası əsasında raket istehsalını artırdığını qeyd edən Ukrayna Prezidenti Kiyevin bununla bağlı lazımi razılaşmalara malik olduğunu və gələn il ölkəsinin raketdən müdafiə imkanlarının əhəmiyyətli dərəcədə güclənəcəyini gözlədiyini bildirib.

Zelenski Ukraynanın Rusiyanın yeni tipli reaktiv pilotsuz uçuş aparatlarına qarşı öz müdafiə sistemlərini də hazırladığını deyib. Onun sözlərinə görə, 67 Ukrayna şirkəti bu PUA-ların qarşısının alınması üzərində çalışır, onlardan 3-5-nin hazırladığı sistemlər artıq nəticə verib və seriya istehsalına hazırlıq görülür.

Ukrayna Prezidenti Rusiyanın ölkənin şərqindəki qüvvələrinin sayını artırdığını iddia edərək, Moskvanın yeni səfərbərlik elan edə biləcəyini də bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna son 10-12 ay ərzində döyüş meydanında mövqelərini gücləndirib və bu, diplomatik həll üçün imkan yaradıb. O, qarşıdakı dövrdə əsas çətinliklərin sərt qış, eləcə də ordunun, müdafiə sənayesinin və humanitar xərclərin maliyyələşdirilməsində yaranan çatışmazlıq olacağını qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az