logo
logo logo
logo

İlon Maskdan gözlənilməz 2036-cı il PROQNOZU

18:00 - 07 Sentyabr 2026

İlon Maskdan gözlənilməz 2036-cı il PROQNOZU

İlon Mask süni intellekt və humanoid robotların əmək həyatını kökündən dəyişdirəcəyini düşünür.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Maskın fikrincə, qarşıdakı 10-20 il ərzində insanların dolanışığını təmin etmək üçün işləməsi zərurət olmaqdan çıxa bilər. O, 2036-cı ilə işarə edərək pulun da indiki əhəmiyyətini böyük ölçüdə itirə biləcəyini bildirib.

Maskın ən diqqətçəkən proqnozu isə 2036-cı illə bağlıdır. “The Economist” jurnalına müsahibəsində “2036-cı ildə pul əhəmiyyətli olmayacaq” deyən Mask süni intellekt və robotların tələb olunan mal və xidmətləri çox böyük miqyasda istehsal edə biləcək səviyyəyə çatacağını bildirib.

Maska görə, bu dəyişiklik iki istiqamətdə baş verəcək. Süni intellekt proqram təminatının hazırlanması, təhlil, maliyyə, hüquq və mühəndislik kimi əqli fəaliyyət sahələrində getdikcə daha çox işi öz üzərinə götürəcək. Humanoid robotlar isə istehsal, daşınma, texniki xidmət və digər fiziki işlərdə insanları əvəz etməyə başlayacaq.

Mask hesab edir ki, bu ssenari reallaşarsa, insanların vaxtını və əməyini sataraq gəlir əldə etdiyi mövcud əmək sistemi də dəyişəcək. Onun fikrincə, gələcəkdə işləmək zərurətdən daha çox şəxsi seçimə çevrilə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az