logo
logo logo
logo

Ebola səngimək bilmir - Ölənlərin sayı 3267 oldu

18:32 - 09 Sentyabr 2026

Ebola səngimək bilmir - Ölənlərin sayı 3267 oldu

Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası can almaqda davam edir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, epidemiyanın başlanmasından bəri həyatını itirənlərin sayı 3 267 nəfərə çatıb. KDR Səhiyyə Nazirliyinin son məlumatlarına görə, epidemiya ölkənin 6 əyalətinin 61 rayonunda davam edir. Ölkədə indiyədək 6 757 Ebola hadisəsi təsdiqlənib. Onlardan 3 267 nəfər həyatını itirib, 1 590 nəfər isə sağalıb.

Epidemiya üzrə ölüm göstəricisi 48,3 faiz olaraq yenilənib. Son 24 saat ərzində yeni bir rayonda Ebola hadisəsi qeydə alınmayıb, daha 27 xəstə isə sağalıb.

Cənubi Kivu əyalətində isə 98 gündür təsdiqlənmiş yeni Ebola hadisəsi aşkarlanmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az