İsveç hökuməti miqrantların könüllü şəkildə ölkəni tərk edərək geri qayıtmasını təşviq etmək məqsədilə adambaşına 37 min dollara yaxın maliyyə yardımı proqramına başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsveçin sağyönümlü koalisiya hökuməti bu ay keçiriləcək parlament seçkiləri ərəfəsində miqrasiyanın azaldılması siyasəti çərçivəsində Avropa İttifaqına (Aİ) üzv olmayan ölkələrdən gələn və könüllü şəkildə İsveçi tərk etməyə razı olan şəxslərə adambaşına təxminən 37 min dollar, yəni 350 min İsveç kronu ödəməyə başlayıb.
Əhalisi 10,6 milyon olan və təxminən 2 milyon xarici mənşəli şəxsin yaşadığı ölkədə indiyədək yalnız 171 nəfərin bu maliyyə yardımını qəbul edərək İsveçi tərk etməyə razı olduğu bildirilib.