Türkiyədə daha 166 nəfər COVID-19-dan ÖLDÜ

21:46 - 20 Yanvar 2022

Türkiyədə daha 166 nəfər COVID-19-dan ÖLDÜ

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 166 nəfər ölüb.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı cədvəldə göstərilib ki, COVID-19 infeksiyası ilə əlaqədar 414 min 312 nəfər test olunub. Onlardan 71 min 843 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 85 min 948 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az