Amerikalı yumor ustası, “Lui ilə həyat” multiserialı ilə tanınan aktyor Lui Anderson 68 yaşında dünyasını dəyişib.
Manşet.az xəbər verir ki, aktyor uzun müddətdir qan xərçəngi ilə mübarizə aparıb və bu gün Las-Veqas xəstəxanasında vəfat edib.
Lui Anderson 1953-cü ildə Minnesotda anadan olub. Amerikada kifayət qədər tanınan Lui müxtəlif tele-layihələrdə də çəkilib.