logo
logo logo
logo

Evə silahlı hücum - 11 nəfər həlak oldu

15:33 - 23 Sentyabr 2026

Evə silahlı hücum - 11 nəfər həlak oldu

Cənubi Afrika Respublikasının Kvazulu-Natal əyalətində 3 nəfərin bir evə silahlı hücum təşkil edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə əyalətin KvaMaxuta qəsəbəsində baş verib. Polisin verdiyi məlumata görə, 3 silahlı şəxs şənlik keçirildiyi bildirilən evdə olan 13 kişiyə və hamilə olduğu ehtimal edilən bir qadına atəş açıb. Qadın da daxil olmaqla 11 nəfər hadisə yerində vəfat edib. Yaralanan 3 nəfərin xəstəxanada müalicəsi davam etdirilir.

Cənubi Afrika Polis Xidməti (SAPS) şübhəlilərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başladığını açıqlayıb. İlkin məlumatlara əsasən, həlak olanlardan bəzilərinin qanunsuz fəaliyyətlərlə əlaqəsi olduğu üçün Polisin Cinayət Axtarış İdarəsinin nəzarətində olduğu bildirilib. Hücumun dəqiq səbəbi hələlik məlum olmasa da, polis qarşıdurmada olan düşmən dəstələr arasındakı ədavət ehtimalının istisna edilmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Cənubi Afrika Respublikası gündə orta hesabla 60 qətl hadisəsi ilə dünyada cinayət göstəricilərinin ən yüksək olduğu ölkələrdən biri sayılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az