logo
logo logo
logo

"Netanyahu BMT kürsüsündə deyil, məhkəmə zalında danışmalıdır" - İran

13:30 - 25 Sentyabr 2026

\"Netanyahu BMT kürsüsündə deyil, məhkəmə zalında danışmalıdır\" - İran

Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında İranı təmsil edən yüksək səviyyəli diplomat Nasir Əsədi İsrailin Baş naziri Binyamin Netanyahu ilə bağlı diqqət çəkən fikirlər bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun BMT Baş Assambleyasının tribunasından çıxış etmək hüququ əldə etməsinə etiraz edən Əsədi deyib: “BMT sülhün qorunması və ədalətin təmin edilməsi məqsədilə yaradılıb, hərbi cinayətlər törətməkdə ittiham olunan şəxslərə çıxış üçün imkan yaratmaq üçün deyil”.

Əsədi Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu barəsində həbs qərarı çıxardığını xatırladaraq, onun BMT kürsüsündə deyil, məhkəmə zalında danışmalı olduğunu vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az