Putinlə Paşinyan arasında telefon danışığı oldu - Sərhədlərin müəyyənləşməsi MÜZAKİRƏ EDİLDİ

14:00 - 22 Yanvar 2022

Putinlə Paşinyan arasında telefon danışığı oldu - Sərhədlərin müəyyənləşməsi MÜZAKİRƏ EDİLDİ

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi müzakirə edilib

Manşet.az xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.

Söhbət Nikol Paşinyanın təşəbbüsü ilə baş tutub.

Bildirilib ki, Vladimir Putinlə Nikol Paşinyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da qəbul etdikləri birgə bəyanatın, 2021-ci yanvarın 11-i və noyabrın 26-da əldə etdikləri üçtərəfli razılaşmanın reallaşmasının praktik aspektlərinə, eləcə də Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyasına dair məsələləri nəzərdən keçiriblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az