Rzai Azərbaycanın Baş nazirinin müşaviri Şahin Mustafayevlə paytaxt Tehran şəhərində görüşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rzai görüş zamanı verdiyi açıqlamada bildirib: “ABŞ və İsrailin İrana hücumları bütün beynəlxalq qanunlara ziddir və İran böyük qüvvə ilə özünü müdafiə edib. Tramp bataqlığa ilişib qalıb. Tramp nə danışıqlar apara bilir, nə də müharibə edə bilir”.
Ölkəsinin ABŞ qarşısında müəyyən şərtlər irəli sürdüyünü xatırladan Rzai Trampın qərar qəbul etmək qabiliyyətinin olmadığını iddia edib. O deyib: “ABŞ döyüş meydanındakı çıxılmaz vəziyyətinə görə hava blokadasına əl atıb”.
Rzai tarix boyu bölgəyə çoxsaylı xarici qüvvələrin gəlib-getdiyini bildirərək, İranın bu coğrafiyada mövcudluğunu davam etdirdiyini söyləyib.
Bölgədə ABŞ üçün gələcəyin olmadığını bildirən Rzai ölkəsinin ABŞ qarşısında möhkəm dayandığını vurğulayıb.