Yaponiya ölkədə qalmaq istəyən əcnəbilər üçün yaşayış icazəsi rüsumlarını təxminən 20 dəfə artırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, daimi yaşayış icazəsinin rüsumu 200 min yenə çatdırılıb.
Daimi yaşayış icazəsi üçün müraciət edən şəxslər bundan sonra gəlir, pensiya təminatı və yapon dili üzrə müəyyən edilmiş tələblərə cavab verməlidirlər.
Yeni qaydalar ölkədə əcnəbi əhalinin sayının sürətlə artması fonunda miqrasiya siyasətində həyata keçirilən dəyişikliklərin bir hissəsi kimi qüvvəyə minib.
Yaponiya iyul ayında bütün əcnəbilər üçün viza rüsumlarını beş dəfə artırıb. Bu, son 50 ildə həmin sahədə ilk rüsum artımı olub. Hakimiyyət nümayəndələri qərarın inflyasiya və valyuta məzənnəsindəki dəyişiklikləri nəzərə almaq məqsədi daşıdığını bildiriblər.