Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti matçını bu gün keçirəcək.
Manset.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma D Liqasının II qrupunda Lixtenşteyn seçməsi ilə qarşılaşacaq.
Oyun saat 20:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
Millimiz turnirdə keçirdiyi əvvəlki görüşdə səfərdə Litva ilə heç-heçə edib və hesabına 1 xal yazdırıb. Azərbaycan hazırda qrupda 1 xalla ikinci pillədə yer alır.
Lixtenşteynlə qarşılaşma millimizin qrupdakı mövqeyini yaxşılaşdırmaq baxımından növbəti imkan olacaq.