logo
logo logo
logo

"Rusiyanın hücumları nəticəsində Ukraynada 5 nəfər həlak oldu" - Zelenski

17:01 - 30 Sentyabr 2026

\"Rusiyanın hücumları nəticəsində Ukraynada 5 nəfər həlak oldu\" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun hücumları nəticəsində ölkəsində, o cümlədən bir uşaq olmaqla, 5 nəfərin həlak olduğunu, 14 nəfərin yaralandığını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında paylaşım edərək gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə endirilən hava zərbələrini şərh edib.

Rusiya ordusunun Ukraynaya ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) göndərdiyini bildirən Zelenski hücumların əsas hədəfinin paytaxt Kiyev və onun yaxınlığındakı yaşayış məntəqələri olduğunu qeyd edib.

Hücumlar nəticəsində su və elektrik təchizatında fasilələrin yarandığını bildirən Zelenski yaşayış binalarına ziyan dəydiyini qeyd edib.

Zelenski hücumlar zamanı Odessa, Nikolayev, Kirovoqrad, Rivne və Jitomir vilayətlərinin də hədəfə alındığını bildirib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az