logo
logo logo
logo

Məscidül-Əqsaya hücum olundu

14:07 - 30 Sentyabr 2026

Məscidül-Əqsaya hücum olundu

Fələstin torpaqlarını zəbt edən 1300-dən çox israilli İsrailin işğalı altında saxladığı Şərqi Qüdsdə Sukkot (Çardaqlar) bayramını bəhanə edərək Məscidül-Əqsaya daxil olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Məscidül-Əqsaya daxil olan qrupu İsrail polisinin mühafizə etdiyi bildirilib.

Qüds İslam Vəqfləri İdarəsinin yaydığı yazılı açıqlamada 1317 israillinin səhər saatlarında İsrail polisinin mühafizəsi altında Məscidül-Əqsaya daxil olduğu bildirilib. 

Adının açıqlanmasını istəməyən Qüds İslam Vəqfləri İdarəsinin rəsmisi yüzlərlə israillinin səhər saatlarından etibarən İsrail polisinin mühafizəsi ilə Məscidül-Əqsaya daxil olmağa davam etdiyini bildirib.

Rəsminin sözlərinə görə, girişlər zamanı Məscidül-Əqsada mövcud tarixi status-kvo pozulub, dini ayinlər icra olunub və dualar edilib. Həmçinin mahnı oxunub və rəqs edilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az