logo
logo logo
logo

"Flydubai" təyyarəsi qaçırılma siqnalı verdi

11:48 - 30 Sentyabr 2026

\"Flydubai\" təyyarəsi qaçırılma siqnalı verdi

"Flydubai" təyyarəsi havada fövqəladə vəziyyət və qaçırılma siqnalı verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava yolu şirkəti "Flydubai"yə məxsus Dubay–Təl-Əviv marşrutu üzrə uçan sərnişin təyyarəsinin havada olarkən fövqəladə vəziyyət və təyyarənin qaçırılması barədə siqnal verdiyi bildirilib. Təyyarənin Səudiyyə Ərəbistanına enişi zamanı siqnalın pilotlar arasında baş verən mübahisədən sonra verildiyi məlum olub.

Kanal 12 telekanalının məlumatına görə, Dubaydan havaya qalxan təyyarə İordaniyanın hava məkanı üzərində uçarkən əvvəlcə ümumi fövqəladə vəziyyəti bildirən “7700” kodunu, qısa müddət sonra isə təyyarənin qaçırıldığını bildirən “7500” kodunu yayımlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az