logo
logo logo
logo

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...”

21:32 - 29 Sentyabr 2026

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...”

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb.


Manset.az xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sual nazirin kəskin narazılığına səbəb olub.

Jurnalistin “Əhalisinin 2/3-sinin oxuduqlarını anlamadığı bir ölkədə basketbolu inkişaf etdirmək nə dərəcədə çətindir?” sualına Emin Əmrullayev sərt cavab verib:

“Bunun onunla əlaqəsi yoxdur, basketbolun boyla əlaqəsi var. Hündürboylu idmançılar, daha çox qidalanma və s. olsa, nəticələr əldə etmək olar. Siz sual verəndə elə verin ki, növbəti dəfə mən də sizə cavab verim”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az