logo
logo logo
logo

"Tarixdən dərs almalıdırlar" - Çindən Yaponiyaya sərt XƏBƏRDARLIQ

16:42 - 29 Sentyabr 2026

\"Tarixdən dərs almalıdırlar\" - Çindən Yaponiyaya sərt XƏBƏRDARLIQ

Çinin xarici işlər naziri Vanq Yi Pekində Yaponiya Beynəlxalq Ticarətin Təşviqi Assosiasiyasının (JAPIT) rəhbəri və Yaponiyanın sabiq xarici işlər naziri Takeşi İvaya ilə görüşüb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya əsasən, Pekinə səfər edən İvaya ilə görüşdə Vanq Yi bildirib ki, Yaponiya İkinci Dünya müharibəsi dövründəki təcavüzkar keçmişindən dərs çıxarmadığı təqdirdə gələcəyinin olmayacağını deyib.

İki ölkə arasında gərginliyin Yaponiyanın Baş naziri Sanae Takaçinin Tayvanda mümkün böhran vəziyyətində ölkəsinin hərbi müdaxiləyə cəlb oluna biləcəyinə işarə edən açıqlamalarından sonra başladığı bildirilir.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Vanq Yi Pekinə səfər edən Yaponiya Beynəlxalq Ticarətin Təşviqi Assosiasiyasının (JAPIT) rəhbəri Takeşi İvaya ilə görüş keçirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az