logo
logo logo
logo

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - VİDEO 

12:14 - 29 Sentyabr 2026

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - VİDEO 

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur.


Manset.az İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib.

Bu isə o deməkdir ki, evlərin hər biri plandadır.

Bildirilib ki, ərazidə 18 ev var və sakinlərə 2700 manatdan kompensasiya təklif olunub: "Daha sonra qərar dəyişdi, dedilər ki, evin qiymətinə əsasən hesablanacaq, bu, bizi qane edir”.

Vətəndaşlar qeyd edib ki, evlərin sökülməsi nəzərdə tutulsa da, işlərə nə zaman başlanacağı məlum deyil.

Söküləcək tikililərin yerində salınacaq layihə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Yeni Yasamal Məhəmməd Xiyabani küçəsi ilə Qaradağ rayonu istiqamətindəki yol birləşəcək: "Mövcud hərəkət sxeminin əsaslı şəkildə dəyişdirilməsi nəzərdə tutulur. Layihə əsasən, ərazidə tunel tipli yol ötürücüsü, dairəvi hərəkətin təşkil olduğu yol ayrıcı, eləcə də Qaradağ istiqamətinə yan yol yaradılacaq”.

Daha ətraflı videomaterialda:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az