logo
logo logo
logo

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi 

11:36 - 29 Sentyabr 2026

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi 

Bakıda azyaşlı uşağı xüsusi amansızlıqla öldürmək istəyən Rəşad İsmayılovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Manset.az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə 2024-cü ilin sentyabrında Türkan qəsəbəsində baş verib. Qəsəbə ərazisində yaşayan qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq heç bir səbəb göstərmədən əziyyət verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində azyaşlını incidən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad İsmayılov 15 il azadlıqdan məhrum edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az