logo
logo logo
logo

“Barselona”nın zədəli futbolçusundan xəbər var

00:30 - 29 Sentyabr 2026

“Barselona”nın zədəli futbolçusundan xəbər var

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq zədədən sonra hələ də tam bərpa olunmayıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçinin noyabrdan əvvəl sıraya qayıtması gözlənilmir.

Bu səbəbdən De Yonq UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda PSJ ilə keçiriləcək oyunda, həmçinin oktyabrın 25-də “Kamp Nou”da baş tutacaq “Real”la “El Klasiko”da iştirak etməyəcək.

Futbolçu 2026-cı il dünya çempionatı zamanı sağ dizinin medial kollateral bağından zədələnib. “Barselona” onun müalicəsində əməliyyatsız, konservativ üsula üstünlük verib.

Qeyd edək ki, De Yonq 2019-cu ilin yayından “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” futbolçunun bazar dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az