Bakcell və “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın tarixi-mədəni irsinin rəqəmsal
təqdimatına yönəlmiş layihənin icrasına başlayıb.
Manset.az xəbər verir ki, təşəbbüs çərçivəsində
Şirvanşahlar Sarayı və Qız Qalasında artırılmış reallıq (AR) və süni intellekt
texnologiyalarını bir araya gətirən yeni nəsil audio-vizual bələdçi istifadəyə
veriləcək.
Audio-vizual bələdçi
vasitəsilə ziyarətçilər abidələr haqqında müxtəlif dillərdə məlumat əldə edə,
artırılmış reallıq texnologiyası (AR) vasitəsilə isə seçilmiş məkanların tarixi
görünüşünü rəqəmsal şəkildə görə biləcəklər. Layihədə tətbiq olunan süni
intellekt texnologiyaları isə ziyarətçilərə daha interaktiv təcrübə təqdim edəcək.
"Tarixi
irsimiz keçmişimizi yaşatmaqla yanaşı, gələcək nəsillərə də müasir və maraqlı
formatda çatdırılmalıdır. Bakcell olaraq inanırıq ki, innovativ texnologiyalar
yalnız insanların gündəlik həyatını asanlaşdırmır, eyni zamanda mədəni irsin təbliği
və tanıdılmasına və ziyarətçi təcrübəsinin zənginləşdirilməsinə də mühüm töhfə
verir", – deyə Bakcell-in baş icraçı direktoru Qunnar Panke bu rəqəmsal
layihənin əhəmiyyətindən danışarkən bildirib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud qeyd edib ki, tətbiq olunan yeniliklər qurumun “Smart Heritage” konsepsiyasına keçidini sürətləndirir: “Məqsədimiz tarixi irsimizi müasir texnologiyalarla uzlaşdıraraq həm sakinlər, həm də şəhərimizin qonaqları üçün unikal təcrübə yaratmaqdır. Bu cür rəqəmsal yanaşmalar İçərişəhərin qlobal turizm mərkəzi kimi dayanıqlı inkişafına töhfə verəcək”.
Tərəfdaşlıq çərçivəsində
Bakcell-in təqdim etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həllər
qoruğun rəqəmsal transformasiyasına dəstək verəcək. Bununla yanaşı, interaktiv
rəqəmsal xəritələrin və audio-vizual bələdçi həllərinin hazırlanması, smart
turizm ekosisteminin inkişafı, eləcə də tarixi abidələrin 3D skanı, modelləşdirilməsi
və rəqəmsal əkizlərinin yaradılması istiqamətində birgə layihələrin həyata
keçirilməsi nəzərdə tutulur.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl
telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli
və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni
intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə
verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən
NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect
Group-a daxildir.