logo
logo logo
logo

"ABŞ ilə müzakirə planımız yoxdur" - İran Trampı yalanladı 

12:49 - 28 Sentyabr 2026

\"ABŞ ilə müzakirə planımız yoxdur\" - İran Trampı yalanladı 

İran ABŞ Prezidenti Donald Trampın açıqlamalarına baxmayaraq, Vaşinqtonla hər hansı danışıqların aparılmadığını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran ABŞ ilə danışıqların keçirilməsi ilə bağlı heç bir planın olmadığını açıqlayıb.

İranın rəsmi IRNA xəbər agentliyinin BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka gedən İran nümayəndə heyətindəki mənbəyə istinadən yaydığı xəbərdə bildirilir ki, hazırda ABŞ-də olan xarici işlər naziri Abbas Əraqçi əvvəlcədən planlaşdırılan görüşlərini başa çatdırdıqdan sonra çərşənbə axşamı İrana qayıdacaq. Məlumata görə, ABŞ ilə hər hansı danışıqların keçirilməsi nəzərdə tutulmayıb.

Xəbərdə həmçinin İranın Qətərin vasitəçiliyi ilə ABŞ-yə çatdırdığı şərtlərlə bağlı Vaşinqtonun cavabının hələ daxil olmadığı və həmin cavabın gözlənildiyi qeyd olunub.

ABŞ Prezidenti Donald Tramp isə İranın Hörmüz boğazının açılması üçün irəli sürdüyü şərtləri rədd etdiyini bildirdikdən sonra bu həftə İranla yeni danışıqlar raundunun keçiriləcəyini gözlədiyini deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az