Bu ilin yanvar–avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib.
Bu barədə Manset.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 % çoxdur.
Bu müddətdə nağdsız ödənişlərin payı isə 84,3 %-dən 89,1 %-ə yüksəlib.
Bu ilin 8 ayı ərzində avtobuslarda nağdsız ödənişlərin 60 %-i "BakıKart", 28 % –i EMV (bank kartları), 12 %-i isə QR kodla aparılıb.