logo
logo logo
logo

Kalininqrad üçün hərəkətə keçdilər – Rusiyadan ayrılıb Avropaya birləşmək

22:57 - 27 Sentyabr 2026

Kalininqrad üçün hərəkətə keçdilər – Rusiyadan ayrılıb Avropaya birləşmək

Kalininqrad vilayətinin Rusiyadan ayrılması üçün referendum keçirilməsi, bölgənin tarixi adının bərpası və Avropaya inteqrasiya kursunun götürülməsi tələbləri yenidən gündəmə gətirilib.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu tələbləri Baltik Respublika Partiyasının fəalları Çexiyanın paytaxtı Praqada keçirilən aksiya zamanı səsləndiriblər.

Fəallar Kalininqrad vilayətinin gələcək siyasi statusunun referendum yolu ilə müəyyənləşdirilməsini istəyirlər. Hərəkat eyni zamanda Kalininqradın tarixi Köniqsberq adının qaytarılmasını və bölgənin Avropa ilə siyasi-iqtisadi əlaqələrinin gücləndirilməsini müdafiə edir.

Baltik Respublika Partiyasının tarixi 1990-cı illərin əvvəllərinə gedib çıxır. Partiya 1993-cü ildə yaradılmışdı və ilkin mərhələdə əsas məqsədi Kalininqrad vilayətinin Rusiya daxilində statusunun yüksəldilməsi, geniş muxtariyyət və respublika statusunun əldə edilməsi idi.

2000-ci ildə hərəkatın nümayəndəsi Kalininqrad Vilayət Dumasında mandat əldə etmişdi. 2003-cü ildə isə təşkilat Rusiyada siyasi partiyalarla bağlı qanunvericiliyin dəyişməsindən sonra ləğv edildi.

İndi hərəkatın nümayəndələri Baltik Respublika Partiyasının mühacirətdə yenidən fəaliyyətə başladığını bildirirlər. Onlar əvvəlki geniş muxtariyyət tələbindən daha irəli gedərək Kalininqradın Rusiyadan ayrılması, referendum keçirilməsi və bölgənin Avropaya yönəlməsi ideyasını irəli sürürlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az