logo
logo logo
logo

Güclü daşqınlara görə məktəblər bağlanır

14:43 - 27 Sentyabr 2026

Güclü daşqınlara görə məktəblər bağlanır

Fasiləsiz yağan güclü yağışların səbəb olduğu daşqınlar və nəqliyyatda yaranan problemlər səbəbindən sentyabrın 28-də Banqkokdakı məktəblər müvəqqəti olaraq bağlanacaq.


Manset.az xəbər verir ki, bu haqda “Nation Thailand” məlumat yayıb.

Banqkok şəhər administrasiyasının Təhsil Departamenti şagirdlərin və işçilərin təhlükəsizliyini əsas gətirərək, bir gün əvvəl şəhər tabeliyindəki məktəblərin bağlanacağını elan edib. Mütəxəssislər əlverişsiz hava şəraiti səbəbindən zərər görmüş ola biləcək binaları yoxlayacaq və məktəbləri dərslərin bərpasına hazırlayacaqlar.

Məktəb rəhbərlərinə bağlanma ilə bağlı valideynlərə dərhal məlumat vermək barədə göstəriş verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az