logo
logo logo
logo

İsrail ordusu 9 girovu saxlayan HƏMAS komandirini öldürdü

17:54 - 27 Sentyabr 2026

İsrail ordusu 9 girovu saxlayan HƏMAS komandirini öldürdü

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi komandiri Məhəmməd Qabaini məhv edib.


Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, 2023-cü ilin oktyabrında girov götürülən 9 İsrail vətəndaşının əsirlikdə saxlanılmasında birbaşa iştirak edib. Həmçinin M.Qabainin son vaxtlar İsrail hərbçilərinə və dinc sakinlərə qarşı hücumlar təşkil etdiyi, HƏMAS-ın döyüş qabiliyyətini bərpa etməyə çalışaraq atəşkəs rejimini sistemli şəkildə pozduğu vurğulanıb.

Məlumata görə, mülki əhali arasında tələfatı minimuma endirmək məqsədilə əməliyyat zamanı yüksək dəqiqlikli sursatlardan istifadə olunub və ərazi havadan nəzarətdə saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az