Bərdə rayonunda minik avtomobili eşşək arabasına çırpılıb, ölən var.
Manset.az report-a istinadən xəbər verir ki, hadisə Kələntərli kəndində qeydə alınıb.
Belə ki, Bərdə rayon sakini Mənsur Əliyev idarə etdiyi LADA VAZ-2107 markalı avtomobillə yolu keçmək istəyən eşşək arabasını vurub. Hadisə nətisində arabada olan Kələntərli kənd sakini Arif Babaşov hadisə yerində dünyasını dəyişib
Faktla bağlı araşdırma aparılır.