Bu il 30 yaşını qeyd
edən Azercell yubiley sevincini abunəçiləri ilə bölüşür. Şirkət bu əlamətdar
tarix münasibətilə “30 il səninlə” lotereyasına start verir. Şəhərin mərkəzində
mənzil, Toyota Corolla Cross avtomobilləri, iPhone 17 Pro smartfonları
lotereyanın qaliblərini gözləyir.
Lotereyaya qoşulmaq tamamilə
ödənişsizdir. Fakturalı xətt abunəçiləri üçün qeydiyyat 25 sentyabr tarixindən,
fakturasız xətt abunəçiləri üçün isə 28 sentyabrdan etibarən açıqdır. Bunun
üçün “Azercell” tətbiqinin “Lotereya” bölməsindən qeydiyyatdan keçmək və ya
3035 qısa nömrəsinə START sözünü SMS-lə göndərmək kifayətdir.
Qeydiyyatdan keçən
abunəçilər balanslarını artırdıqda, eləcə də Azercell-in məhsul və xidmətlərini
əldə etdikdə lotereyada iştirak şansı qazanacaqlar. Hər əməliyyat üzrə təqdim
olunan şansların sayı Azercell-in rəsmi saytında göstərilən qaydalara uyğun
hesablanacaq. Fakturasız xətt abunəçiləri isə lotereya müddətində “Azercell” tətbiqi
üzərindən həftəlik tapşırıqları tamamlayaraq əlavə şanslar əldə edə biləcəklər.
Fakturalı xətt abunəçilərinin şansları fakturalama dövründən asılı olaraq 25
sentyabr və ya 5 oktyabr tarixindən hesablanacaq. Fakturasız xətt abunəçiləri
üçün isə şansların hesablanması 19 oktyabrdan başlayacaq.
Qaliblər müəyyən
olunmuş tarixlərdə keçiriləcək canlı tirajlarda təsadüfi seçim üsulu ilə müəyyən
ediləcək. Əvvəlki tirajlarda uduş qazanmayan şanslar qüvvədə qalacaq və final
tirajında iştirak edəcək. Finalın əsas hədiyyəsi
isə şəhərin mərkəzində mənzil olacaq.
Qeyd edək ki, “30 il səninlə”
lotereyasına 18 yaş və yuxarı istehlakçı seqmentinə aid fakturalı və fakturasız
Azercell abunəçiləri qoşula bilərlər.
Lotereyanın şərtləri,
iştirak qaydaları, şansların hesablanması, tirajlar və hədiyyələr barədə ətraflı
məlumat Azercell-in rəsmi saytında təqdim olunur: |Azercell
Siz də lotereyaya
qoşulun, Azercell-dən dəyərli hədiyyələr qazanmaq fürsətini qaçırmayın!