Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi potensial təhlükələrə qarşı ölkənin cənubundakı Cazan və Nəcran bölgələri ilə bağlı xəbərdarlıq edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hər iki bölgədə yaşayan sakinlərdən fövqəladə hallar üzrə təhlükəsizlik qaydalarına əməl etmələri istənilib.
Açıqlamada bölgə sakinlərindən can və mal təhlükəsizliyini qorumaq məqsədilə fövqəladə hallar üzrə müəyyən edilmiş qaydalara əməl etmələri, həmçinin səlahiyyətli qurumların göstəriş və xəbərdarlıqlarını diqqətlə izləmələri xahiş olunub.
Mümkün təhlükənin xarakteri və ya təfərrüatları barədə hər hansı məlumat verilməyib. Mülki Müdafiə Baş İdarəsi qısa müddət sonra hər iki bölgə ilə bağlı verilən təhlükə xəbərdarlığının başa çatdığını açıqlayıb.
Yəməndə İranın dəstəklədiyi husilər bir müddətdir Səudiyyə Ərəbistanının sərhəd bölgələrini və cənub əyalətlərini ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alırlar.