Türkiyədə Osmaniyə ərazisində məktəbin həyətində müəllimə aralarında ədavət olduğu bildirilən qardaşı oğlu tərəfindən silahlı hücum edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ağır yaralanan müəllim xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.
Şübhəli şəxs isə silahla birlikdə qısa müddətdə saxlanılıb. Türkiyənin Milli Təhsil Nazirliyi məktəbdə bu gün və sabah tədris prosesinin dayandırıldığını açıqlayıb.