logo
logo logo
logo

Eboladan ölənlərin sayı durmadan artır - 3901 nəfərə çatdı

16:55 - 28 Sentyabr 2026

Eboladan ölənlərin sayı durmadan artır - 3901 nəfərə çatdı

Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyasında təsdiqlənmiş yoluxma hallarının sayı 8 067-yə, həyatını itirənlərin sayı isə 3 901-ə çatıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, KDR Səhiyyə Nazirliyinin məlumatına görə, ölkənin 7 əyalətində 63 bölgədə yayılan epidemiyada ölüm göstəricisi 48 faizdən çox olub. 

Məlumata əsasən, təsdiqlənmiş yoluxma hallarının sayı 8 067, ölənlərin sayı isə 3 901 nəfər təşkil edib.

Epidemiyanın bəzi bölgələrdə yayılma tempinin azaldığı müşahidə olunur. İturi və Haut-Uele əyalətlərində təsdiqlənmiş yoluxma hallarının sayı azalsa da, xəstəlik digər bölgələrdə yayılmaqda davam edir.

Epidemiya ilə mübarizə tədbirlərini səhiyyə işçilərinin çatışmazlığı, ödənişlərlə bağlı problemlər səbəbindən keçirilən tətillər, təhlükəsizlik problemləri və əhalinin intensiv yerdəyişməsi çətinləşdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az