logo
logo logo
logo

Alman kəşfiyyatı Rusiyanın Berlindəki səfirliyinə nəzarəti gücləndirdi

17:39 - 28 Sentyabr 2026

Alman kəşfiyyatı Rusiyanın Berlindəki səfirliyinə nəzarəti gücləndirdi

Almaniyanın «Bild» qəzetinin hökumət mənbələrinə istinadən yaydığı xəbərdə Almaniya kəşfiyyatının Berlindəki Rusiya səfirliyinə nəzarəti gücləndirdiyi bildirilib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu çərçivədə səfirliyin yerləşdiyi ərazinin üzərində davamlı və diqqətçəkən helikopter uçuşlarının həyata keçirildiyi qeyd olunub.

Almaniyada Rusiyanın diplomatik nümayəndələrinə qarşı təhlükəsizlik və kəşfiyyat tədbirləri yenidən gündəmə gəlib. «Bild»in hökumət mənbələrinə istinadən yaydığı məlumata görə, Almaniya kəşfiyyatı Berlindəki Rusiya səfirliyinin ətrafında müşahidəni gücləndirib. Bildirilib ki, səfirliyin yerləşdiyi ərazinin üzərində davamlı helikopter uçuşları həyata keçirilib, Almaniya kəşfiyyat xidmətlərinə məxsus olduğu ehtimal edilən mikroavtobuslar isə səfirliyin yaxınlığında günlərlə saxlanılıb.

Qəzet yazıb ki, bu tədbirlərlə Rusiyanın diplomatik nümayəndələrinə təzyiqin artırılması hədəflənir. Almaniya hakimiyyətinin, həmçinin Almaniya vizasına malik Rusiya vətəndaşı olan iş adamları və onların ailə üzvlərinə nəzarəti sərtləşdirməyi planlaşdırdığı iddia edilir. Bildirilir ki, bu şəxslər ölkəyə daxil olarkən sərhəd əməkdaşları tərəfindən Almaniyaya gəlmək məqsədləri və ölkədəki fəaliyyətləri başda olmaqla, müxtəlif məsələlərlə bağlı «narahatedici suallara» məruz qala bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az