logo
logo logo
logo

Rusiyada pirotexnika zavodunda yanğın - 5 nəfər öldü

20:14 - 28 Sentyabr 2026

Rusiyada pirotexnika zavodunda yanğın - 5 nəfər öldü

Rusiyanın Yaroslavl vilayətində pirotexniki vasitələrin istehsalı müəssisəsində baş verən yanğında 5 nəfər ölüb, 1 nəfər yaralanıb.


Manset.az Rusiya mediasına istinadən xəbər verir ki, zavod Pereslavl-Zalesski bələdiyyə dairəsinin Kubrinsk kəndində yerləşir.

"Uçmuş konstruksiyaların söküntüsü zamanı həlak olan beş nəfərin meyiti aşkarlanıb. Ayağından xəsarət alan bir qadın təcili yardım briqadasına təhvil verilib", - Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə idarəsinin bəyanatında bildirilib.

Müəssisənin ərazisində iki binanın alovlandığı qeyd olunur. Yanğının söndürülməsində 100-dən çox insan və 40 ədəd texnika iştirak edir. Yanğınsöndürənlər yanğını lokallaşdıra biliblər, işlər davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az