logo
logo logo
logo

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

19:52 - 28 Sentyabr 2026

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub.

H. Babayev əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlayıb, 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışıb.

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 2022-ci il tarixli Sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

Hacıbaba Babayev 2022-ci ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin müavini vəzifəsində çalışıb.

Prezidentin Sərəncamı ilə 2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az