Cəlilabadda qadın bıçaq xəsarəti alıb.
Manset.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Göytəpə ərazisində qeydə alınıb. Belə ki, 24 yaşlı Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlarından yıxılıb. Bu zaman qadının əlində olan mətbəxt bıçağı onun qarın boşluğuna batıb.
24 yaşlı qadın dərhal rayon xəstəxanasına hospitalizasiya olunub.
Hazırda müalicəsi xəstəxanada davam etdirilir.
İlkin məlumata görə o, yaxın qohumları ilə evdə turşu hazırlayırmışlar.
Faktla bağlı araşdırma aparılır.