logo
logo logo
logo

Putin Rusiya ordusunun şəxsi heyətinin sayını artırdı

10:43 - 29 Sentyabr 2026

Putin Rusiya ordusunun şəxsi heyətinin sayını artırdı

Rusiya Prezidenti Vladimir Putin ordunun şəxsi heyətinin sayının artırılması barədə qərar qəbul edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Putinin imzaladığı fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin ümumi sayı 2 milyon 441 min 630 nəfərə çatdırılıb. Onlardan 1 milyon 550 min 500 nəfərinin hərbi qulluqçu olduğu bildirilib.

Beləliklə, Rusiya Silahlı Qüvvələrində hərbi qulluqçuların sayı 15 min 500 nəfər artırılıb.

Müvafiq fərman Rusiyanın Dövlət Hüquqi İnformasiya Sistemində dərc olunub.

Qərar imzalandığı gündən qüvvəyə minib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az