logo
logo logo
logo

Yuxusuzluq insult riskini 26 faiz artıra bilər

01:30 - 29 Sentyabr 2026

Yuxusuzluq insult riskini 26 faiz artıra bilər

Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultla bağlı analizə 1,3 milyondan çox insanın məlumatları daxil edilib.

Nəticələrə əsasən, yuxusuzluğu olan şəxslərdə insult riski belə problemi olmayanlarla müqayisədə 26 faiz yüksək olub. Həmçinin yuxu pozğunluğu olan şəxslərin müxtəlif səbəblərlə xəstəxanaya yerləşdirilmə ehtimalının 28 faiz artdığı müəyyən edilib.

Tədqiqatçılar yuxusuzluğun demensiya, xüsusilə Alzheimer xəstəliyi, depressiya və digər sağlamlıq problemləri ilə də əlaqəli ola biləcəyini bildiriblər.

Mütəxəssislər isə vurğulayıblar ki, araşdırma yalnız statistik əlaqəni göstərir və yuxusuzluğun birbaşa insult və ya digər xəstəliklərə səbəb olduğunu sübut etmir. Müxtəlif tədqiqatlarda yuxusuzluğun müəyyənləşdirilməsi üçün fərqli meyarlardan istifadə olunması da nəticələrin qiymətləndirilməsində nəzərə alınmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az