Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
2. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
3. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;
11. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
12. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
13. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
15. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
16. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində;
17. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
18. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
19. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
20. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
21. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.