logo
logo logo
logo

"Fənərbağça"nın oyunları artıq yeni stadionda keçiriləcək

17:47 - 29 Sentyabr 2026

\"Fənərbağça\"nın oyunları artıq yeni stadionda keçiriləcək

“Fənərbağça” İdman Klubunun İdarə Heyətinin üzvü Nihat Özbağı klubun stadionunun tutumunun artırılmasından sonra 64 min tamaşaçı tutumuna çatacağını və bununla da Türkiyədə klublar üzrə ən böyük stadion olacağını bildirib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Özbağı layihənin maliyyələşdirilməsi ilə bağlı deyib: “Bu layihələrin xərcini "Fənərbağça"ya heç bir maliyyə yükü gətirmədən özüm qarşılayacağımı bildirmək istəyirəm. Fənərbaxçaya fəda olsun”.

“Fənərbağça” İdman Klubunun növbədənkənar maliyyə ümumi yığıncağı “Ülker Spor ve Etkinlik Salonu”nda keçirilib.

Yığıncağın gündəliyində yer alan 13-cü bənd - “ "Fənərbağça" Şükrü Saracoğlu İdman Kompleksində tamaşaçı tutumunun artırılması ilə bağlı layihə haqqında məlumat” məsələsi üzrə klubun İdarə Heyətinin üzvü Nihat Özbağı təqdimatla çıxış edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az