logo
logo logo
logo

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı 

12:00 - 30 Sentyabr 2026

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı 

Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 199 nəfər təşkil edir.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin avqust ayı üzrə hesabatında bildirilib.

    Sənədə əsasən, Azərbaycan vətəndaşlarının 57-si kişi, 7-si qadın olmaqla 64-ü təqsirləndirilən şəxs, 118-i kişi, 17-si qadın olmaqla isə 135-i məhkumdur.

    Gürcüstanda probasiya nəzarətində saxlanılan 76 nəfər Azərbaycan vətəndaşı var ki, onların 67-si kişi, 9-u isə qadındır.

    Qonşu ölkənin həbsxanalarında ümumilikdə 1 741 xarici vətəndaş saxlanılır, 716 əncəbiyə isə probasiya nəzarəti tətbiq olunur.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az