Yaponiyanın Okinava prefekturasında zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, zəlzələnin episentri Yonaguni adasının sahilləri yaxınlığında yerləşib. Yerli vaxtla saat 14:00-da qeydə alınan zəlzələnin maqnitudası 6, ocağının dərinliyi isə 10 kilometr olub.
Yeraltı təkanlardan sonra dəniz səviyyəsində müəyyən dəyişikliklərin baş verə biləcəyi bildirilib. Bununla belə, sunami təhlükəsinin olmadığı açıqlanıb.
Zəlzələ Okinava prefekturasının müxtəlif ərazilərində güclü hiss olunub və əhali arasında qısa müddətli təşvişə səbəb olub.