“Qalatasaray”dan ayrılmasından təxminən iki ay yarım keçməsinə baxmayaraq, hələ də yeni komandaya keçməyən argentinalı ulduz futbolçu Mauro İkardidən diqqətçəkən paylaşım gəlib.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, “Qalatasaray”ın iyulun ortalarında yollarını ayırdığı Mauro İkardi təxminən iki ay yarımdır heç bir komandaya keçməyib. Argentinalı futbolçu gecə saatlarında sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
İkardi paylaşımında bunları yazıb:
“İşsizliyi uğursuzluqla qarışdırırlar. Mən isə buna həyatımı qaydaya salmaq deyirəm. Müqaviləsinin olmamasını seçimsiz qalmaqla qarışdırırlar. Mən isə buna azad şəkildə seçim etmək deyirəm. Vaxtımın sahibi olmaq və gələcəyimi təmin etmək üçün çalışdım. İşləməyi dayandırsam belə, həyatım əvvəlki kimi davam edəcək. Mənim üçün niyə narahat olduqlarını anlamıram. Siz rahatlıq, sülh və sevgi içində yaşayın. Mən artıq hər şeyə sahibəm”.