logo
logo logo
logo

Dünya üçün TƏHLÜKƏ - Buz kütlələri sürətli şəkildə əriyir

17:21 - 30 Sentyabr 2026

Dünya üçün TƏHLÜKƏ - Buz kütlələri sürətli şəkildə əriyir

Antarktidada qış mövsümündə dəniz buzlarının sahəsi uzunmüddətli orta göstəricidən 1 milyon kvadratkilometr az olmaqla müşahidələr tarixində üçüncü ən aşağı səviyyəyə düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Antarktida yarımadasında iyun ayında temperatur normadan 20 dərəcə yüksək olub. Alimlər buz örtüyünün olması gözlənilən ərazidə Fransanın sahəsinə bərabər açıq okean sahəsinin yarandığına diqqət çəkiblər.

Planetin iqlimi və dəniz canlıları üçün mühüm əhəmiyyət daşıyan Antarktidanın dəniz buzları ilə bağlı müşahidələrdə ən aşağı göstəricilərə malik dörd ilin hamısının son dörd ildə qeydə alındığı bildirilir.

Peyklər Antarktidadakı dəniz buzlarının vəziyyətini 1979-cu ildən etibarən izləyir. Bu il əldə olunan məlumatlara görə, dəniz buzlarının sahəsi sentyabrın 14-də 17,59 milyon kvadratkilometr olmaqla ən yüksək həddə çatıb.

Bu göstərici uzunmüddətli orta maksimum səviyyədən təxminən 1 milyon kvadratkilometr, yəni İspaniyanın ərazisinin təxminən iki misli qədər azdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az