Rusiyanın Sibir bölgəsində yerləşən İrkutsk vilayətində laboratoriya əməkdaşının vəba xəstəliyindən ölməsindən sonra 197 nəfər karantinə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qonşu Buryatiya Respublikasının rəhbəri Aleksey Tsıdenov qadının vəba xəstəliyinin dəqiq növü açıqlanmayan formasından öldüyünü təsdiqləyib.
Tsıdenov Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) və Buryatiya hökumətinin məlumatlarına istinad edərək, yoluxmanın Buryatiya ilə əlaqəli olmadığını bildirib.
Məlumata görə, vəba əleyhinə mübarizə institutu əməkdaşları arasında xəstəlik hallarının qeydə alınmasından sonra İrkutsk vilayətində təxminən 200 nəfər karantinə götürülüb.
Kremlin sözçüsü Dmitri Peskov isə xəstəliklə bağlı rəsmi qurumların açıqlamalarına əsaslanmağın vacibliyini bildirib.