"Britaniya xarici işlər nazirinin Moskvaya səfəri üzərində iş aparılır" - Zaxarova

19:37 - 23 Yanvar 2022

\"Britaniya xarici işlər nazirinin Moskvaya səfəri üzərində iş aparılır\" - Zaxarova

Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Moskvaya səfəri ehtimalı üzərində iş aparılır.

Manset.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-1” telekanalında bildirib.

Nazirlik sözçüsü deyib ki, Rusiya müvafiq müraciət alıb.

Yanvarın ortalarında “The Times” Britaniya hökumətindəki mənbəyə istinadən yazıb ki, Trassın səfəri fevralın əvvəlində baş tuta bilər.

Böyük Britaniyanın xarici işlər nazirləri 2017-ci ilin dekabrından indiyədək Rusiyaya səfər etməyiblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az