logo
logo logo
logo

Alimlər yeni planet kəşf etdilər

17:28 - 06 Oktyabr 2026

Alimlər yeni planet kəşf etdilər

Astronomlar indiyədək müşahidə edilən heç bir göy cisminə bənzəməyən və ölmüş ulduzun parçalarından əmələ gəldiyi ehtimal edilən yeni planet kəşf etdiklərini düşünürlər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, orbitində hərəkət etdiyi ölü ulduzun qalıqlarından yaranan belə “ikinci nəsil” planet ilk dəfə müşahidə olunur.

Tədqiqata rəhbərlik edən Uorvik Universitetinin doktorantı Ceymi Uilyams bildirib: “İkinci nəsil planetlər ulduzun məhv olduğu zaman kosmosa atdığı maddələrdən yaranan dünyalardır. Onlar son dərəcə nadirdir və ağ cırtdanın ətrafında belə bir planetin aşkarlanması tamamilə gözlənilməz idi. Bu, vaxtilə orbitində hərəkət etdiyi ulduzun külündən yenidən doğulan bir planet tapmağa bənzəyir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az