Rusiyanın texnologiya şirkəti "Yandex" ölkənin Ryazan vilayətində yerləşən məlumat mərkəzində baş verən zərər nəticəsində fəaliyyətin tamamilə dayandırıldığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin məlumatına görə, Ryazan vilayətinin Sasovo şəhərindəki məlumat mərkəzinin infrastrukturunun bir hissəsi zədələnib. Mərkəzin fəaliyyəti tamamilə dayandırılıb və zərərin aradan qaldırılması, eləcə də təsirə məruz qalan xidmətlərin yenidən işə salınması istiqamətində işlər davam etdirilir.
Açıqlamada vəziyyətin nəzarət altında olduğu, xəsarət alan şəxsin olmadığı bildirilib. "Yandex"in əsas xidmətlərinin normal işlədiyi, lakin bəzi xidmətlərə çıxışla bağlı problemlərin yarana biləcəyi qeyd olunub.